“Ayaq qoymağa qıymıram ki, şəhid qanı var” – Şuşada daşlara həkk olunan məsuliyyətsizlik

0
1788609835_1eexq7esithtt4tayzeffclrlgqxtzr8cvchcwd8_1200

Şuşaya səfər edən bəzi yerli turistlərin şəhərin qaya və daşlarının üzərinə müxtəlif adlar yazması narazılığa səbəb olub.

Məsələ ilə bağlı Baku TV-nin “YouTube” kanalında süjet yayımlanıb.

Süjetdə qeyd olunub ki, Şuşa təkcə tarixi şəhər deyil, həm də ölkənin milli yaddaşının mühüm hissəsidir. Buna görə də şəhərin qayalarına, daşlarına, divarlarına və digər təbii səthlərinə yazıların yazılması onun ümumi görünüşünə və tarixi mühitinə zərər vurur.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib ki, belə hallarla daha əvvəl də rastlaşılıb. Problemin qarşısının alınması üçün maarifləndirmə işləri aparılsa, eləcə də cərimələr tətbiq olunsa da, bu cür halların tam aradan qalxmadığı vurğulanıb.

Süjetdə çıxış edən şəhid valideynləri Şuşanın qayalarının, bulaqlarının və digər təbii ərazilərinin qorunmasının vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, həmin torpaqlar şəhidlərin qanı və canı bahasına azad edilib və bu ərazilərə qarşı hörmətsiz davranış yolverilməzdir.

Eyni zamanda vurğulanıb ki, şəhidlərin adlarının yaşadılması hər kəs üçün müqəddəs və mənəvi məsələ olsa da, onların adlarının qayaların və daşların üzərinə yazılması düzgün yanaşma deyil. Şəhidlərin xatirəsinin memorial komplekslər, abidələr, parklar və digər rəsmi vasitələrlə əbədiləşdirildiyi diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir