Çində robotlar insan işini görə bilmədi: Mağaza bir sutkadan sonra işdən qovdu
Lakin robotlardan yalnız dördü sınaqdan uğurla keçib. Belə ki, dolub-daşan zibil qutusu ilə qarşılaşan təmizlik robotu koordinasiyasını itirərək mağazanı tərk edib. Piştaxtaları yoxlamağa cavabdeh olan digər robot isə kifayət qədər çevik işləməyib.
Mağaza rəhbərliyi əmək intizamının pozulması ilə barışmayaraq hər iki robotu “işdən çıxarıb”. Digər dörd robot isə, görünür, vəzifələrinin öhdəsindən gəlib.
Qeyd edək ki, robotları hazırlayan şirkət sınağı “Robotlar heç vaxt növbəni tərk etmirlər” adlı eksperiment çərçivəsində keçirib. Təcrübə onlayn yayımlanıb.
Eksperimentin məqsədi robotların adi mağaza şəraitində işçilərin vəzifələrini necə yerinə yetirdiyini göstərmək olub. Lakin nəticələr insanabənzər robotların da gözlənilməz davrana bildiyini ortaya qoyub.