Cəbrayılda ağır qəza, ziyarətə gedən qadın öldü

0
1794218223_1794216260_yrtulajoawt3bgr5gzctwp18z4xgcfialdjx3x7v_1200

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb.

O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hadisə zamanı avtomobildə olan şəxslər Bakıdan Cəbrayıla ziyarət məqsədilə gediblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir