Paşinyanın Türkiyəyə səfər tarixi açıqlandı
Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərinin tarixi bəlli olub.
Paşinyan noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Qeyd edək ki, COP31 noyabrın 9-da başlayıb və noyabrın 20-dək davam edəcək. Konfrans çərçivəsində noyabrın 11-12-də iqlim dəyişikliyi ilə mübarizə və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə dövlət və hökumət başçılarının sammiti keçiriləcək.