Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu – 7 maşına zərər dəydi

0
1787382876_775868261_1410196171049653_4952153663647764271_n__1_

Xətai rayonu ərazisində – Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.

“OUD Baku” restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.

Bildirilib ki, hadisəyə idarəetmədən çıxan avtomobillərdən biri səbəb olub.

Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

***

Ötən gecə Xətai rayonu Ağ Şəhər kompleksi 3-cü Şərq küçəsində saat 23:30 radələrində baş vermiş hadisə nəticəsində “Ronge Rover”, “Porsche”, “Mercedes”, “BYD”, “Audi”, “Hyundai” və “BMW” markalı avtomobillərə zərər dəyməsi müəyyənləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir