Tibetdə baş verən sürüşmədə ölənlərin sayı artır

0
1788698167_fxuscxetknwvakxqln9ofdtlyehvttpsspcblwrl_1200

Çin-Nepal sərhədində (Tibet Muxtar Vilayətində) güclü torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 43 nəfərə çatıb, 519 nəfər isə itkin düşmüş hesab olunur.

Bu barədə Çin hakimiyyəti məlumat yayıb.

Nepal tərəfinin son məlumatlarına görə, təbii fəlakət qurbanlarının ümumi sayı 1,3 min nəfəri keçib, 4,8 mindən çox insan isə hələ də tapılmayıb.

Axtarış-xilasetmə işləri davam edir.

Təbii fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumata görə, daşqına Çinlə sərhəddə baş verən uçqun səbəb olub. Güclü su, palçıq və dağ süxurları axını çay yatağı boyunca böyük sürətlə 70 km-dən çox məsafəni qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir