Nihad Kahveci və Fuad Akdaş “Sabah” klubundan danışdı – VİDEO

0
1789218150_screenshot_3

Türkiyəli futbol şərhçiləri, bir zamanların məşhur futbolçusu Nihad Kahveci və Fuad Akdaş UEFA Çempionlar Liqasında çıxış edən Azərbaycan təmsilçisi “Sabah” klubu barədə fikirlərini bölüşüblər.

 Fuad Akdaş “Sabah”ın ilk oyunda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzduğunu xatırladıb:

“Qardaş ölkənin təmsilçisi olan “Sabah” turnirdəki ikinci oyununu oktyabrın 13-də keçirəcək və doğma meydanda “Slaviya Praqa”nı qəbul edəcək”.

Nihad Kahveci isə “Sabah” Çempionlar Liqasına düşməsi münasibəti ilə təbrik edib:

“İndi gedib “Mançester Yunayted”in meydanında oynayırsan. Bu, asan deyil. Pis başlanğıc kimi görünə bilər, amma indi öz meydanlarında “Slaviya Praqa”nı qəbul edəcəklər. Həmin oyunda qalib gəlsələr, iki oyundan üç xal uğurlu nəticə olar”, – o deyib.

Şərhçi Azərbaycan azarkeşlərinin hazırda da komandaları ilə qürur duyduğunu vurğulayıb:

“Azərbaycanlı azarkeşlər onsuz da xoşbəxtdirlər, qürurludurlar. Keçən il bunu “Qarabağ”la yaşadıq. Biz də çox qürur duyduq. “Sabah” “Slaviya Praqa”nı məğlub etsə, yenidən belə xoşbəxt olacaqlar. Uğurlar diləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir