Ajda Pekkan o çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

0
1781442589_ajda-pekkan

Türkiyə pop musiqisinin əfsanəvi siması Ajda Pekkan Ankaradakı konserti zamanı təsirli etiraflar edib.

Pekkan şöhrət nərdivanına yüksəlmək üçün keçdiyi çətinliklərdən danışarkən pərəstişkarları ilə emosional anlar paylaşıb.

Səhnədə pərəstişkarlarına təşəkkür edən müğənni karyerasına baxmayaraq, illərdir özünü tənha hiss etdiyini dilə gətirərək:

“Çox tənhayam… Yaxşı ki, varsız. Şöhrət belədir. Nə qədər gözəl görünsə də, bütün bu işıqlar altında mən də bir o qədər tənhayam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir