“İmişli” onlarla yollarını ayırdı
“İmişli” köməkçi məşqçisi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə yollarını ayırıb.
Bu barədə bölgə klubunun mətbuat xidmətindən məlumat verilib.
Hər iki futbol funksioneri ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “İmişli” Misli Premyer Liqasında 4 xalla səkkizinci sırada yer alıb.