Qazaxda TIR sürücüsünün meyiti tapıldı

0
1791707546_6acb41cc435946acb41cc4359517917055486acb41cc435926acb41cc43593

Qazaxda kişi meyiti tapılıb.

Hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir