Yıxılaraq başı betona dəyib – Polkovnik-leytenantın ÖLÜMÜNÜN TƏFƏRRÜATLARI
Sentyabrın 13-də yıxılaraq başından aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Belə ki, 62 yaşlı M.Cavadov Bakıda dostları ilə ziyafət məclisi zamanı restoranda yıxılıb və başı betona dəyib.
Ağır kəllə-beyin travması alan və komaya düşən ehtiyatda olan zabit Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bir ay burada müalicə alan M.Cavadov komadan ayılıb. Bu müddət ərzində daxili orqanlarında problemlər yaranan zabitin ölümünə də bu səbəb olub.
Mərhum bu gün Bakıda dəfn ediləcək.
Xatırladaq ki, Cavadov Məhəddin Cənnət oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub.
SSRİ Silahlı Qüvvələrinin Qərb qruplaşması daxilinde Macarıstanda hərbi xidmət keçib. Xidmətdə fərqləndiyinə görə SSRİ Silahlı Qüvvələrinin Yaroslavl Hərbi Maliyyə-İqtisadi Akademiyasına oxumağa göndərilib. Təhsilini başa vurduqdan sonra Latviyada maliyə rəsis, hərbi bank müdiri vəzifələrində çalışıb.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağırışından sonra Latviyadan Azərbaycana qayıdıb.
Müdafiə Nazirliyinin maliyyə xidmətində müfəttiş və müxtəlif vəzifələrəd işləyib.
O, uzun illər Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edib. Mərhum general-leytenant Rail Rzayevin komandanlığı dövründə HHQ-nin maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra ehtiyata buraxılıb. Mülki şəxs kimi Əlahiddə Ümumqoşun Orduda və Müdafiə Nazirliyinin müxtəlif strukturlarında işləyib.
Allah rəhmət eləsin!