Yeni Günəşlidə dayanacaq problemi: “Avtobusa minmək üçün kilometrlərlə yol gedirik”

0
1793972942_1706092197_dayanacaq

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin D yaşayış massivindəki 27, 28 və 29 saylı binaların sakinləri ictimai nəqliyyatla bağlı çətinliklə üzləşiblər.

Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Sakinlər qəsəbədən şəhər mərkəzi istiqamətinə hərəkət edən avtobuslara minmək üçün kilometrlərlə piyada yol getməli olduqlarını bildirirlər.

Onların sözlərinə görə, xüsusən də Abbas Fətullayev küçəsindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dayanacağa çatmaq istəyən sərnişinlər ciddi təhlükə ilə üzləşirlər. Belə ki, həmin ərazidə yolun qarşı tərəfinə keçmək üçün təhlükəsiz şərait yoxdur.

Yolun haçalandığını və avtomobil sıxlığının olduğunu bildirən sakinlər xüsusilə axşam saatlarında yolu keçməyin təhlükəsini vurğulayıblar.

Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, əraziyə baxış keçiriləcək və təhlillər aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir