ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcək

0
1794044485_b788c6ed-90f4-3ab7-9fcf-e4af1d765696_1200

ABŞ-nin Azərbaycandakı səfirliyi gələn həftə üç gün işləməyəcəyi barədə məlumat verib.

Bu barədə məlumat diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, səfirlik Azərbaycanın milli bayramları: 8 Noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar bağlı olacaq.

Bundan əlavə, diplomatik missiya ABŞ-nin Veteranlar Günü bayramı ilə əlaqədar noyabrın 11-də fəaliyyət göstərməyəcək.

“Səfirlik işini noyabrın 12-də bərpa edəcək. Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində təcili yardıma ehtiyacınız varsa, zəhmət olmasa +994 12 488 33 00 nömrəsinə zəng edin”, – diplomatik missiyadan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir