Puqaçova son altı ayda 2 dəfə ürək əməliyyatı keçirib

0
1782746637_262d56ba682aa2af4763f190f71b4076

SSRİ Xalq artisti Alla Puqaçova son 6 ay ərzində iki dəfə ürəyindən əməliyyat olunub.

Bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, yarım il əvvəl müğənni Avropa klinikalarından birində müalicə alıb. Cərrahi müdaxilədən sonra orqanizmi zəiflədiyindən həkimlər ona konsertlərdə çıxış etməməyi məsləhət görüblər.

İddiaya görə, Puqaçova məhz bu səbəbdən Taylandda keçirilməsi planlaşdırılan konsertdən və bunun üçün təklif olunan 2 milyon dollardan (3 milyon 400 min AZN) imtina edib. 76 yaşlı müğənni həmçinin 500 min dollar (850 min AZN) qarşılığında digər bir özəl tədbirdə də iştirak etmək istəməyib.

Bildirilir ki, Puqaçovanın ürək problemləri uzun illərdir davam edir. Daha əvvəl müğənni dəfələrlə stent əməliyyatı olunub.

Xatırladaq ki, Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin, həmçinin uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb. Hazırda ailə Kiprdə yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir