“Qarabağ”dan 1 milyon avroluq YENİ TRANSFER
Macarıstanın “Zalaeqerseq” klubunun futbolçusu Bence Varkonyi karyerasını “Qarabağ”da davam etdirəcək.
24 yaşlı mərkəz müdafiəçisinin transferi üçün təxminən 1 milyon avro ödəniləcək.
Tərəflər arasında 3 illik müqavilənin imzalanacağı gözlənilir. Qeyd edək ki, bu, Varkonyinin ilk legioner təcrübəsi olacaq.