Uşağınız süd içəndə qarnı ağrıyır? – Gizli təhlükə barədə XƏBƏRDARLIQ

0
1780666878_cute-toddler-boy-drinking-milk-600nw-1936608706

Uşaqlarda süd və süd məhsulları istehlak edildikdən sonra meydana gələn qarın ağrısı, qaz, şişkinlik və ishal kimi həzm sistemi şikayətləri laktoza dözümsüzlüyünün əlaməti ola bilər.
Bunu uşaq qastroenteroloqu Dr. Meltem Gülşan deyib.
O, laktoza dözümsüzlüyünün süddə olan təbii süd şəkəri olan laktozanın həzm edilməməsi nəticəsində yarandığını bildirib.
“Laktozanın həzm olunması üçün nazik bağırsaqda kifayət qədər miqdarda laktaza adlı fermentin olması lazımdır. Əgər bu fermentin azlığı və ya çatışmazlığı varsa, laktoza həzm oluna bilmir və müxtəlif həzm sistemi şikayətlərinə səbəb ola bilər”.
Mütəxəssis Dr. Meltem Gülşən laktoza dözümsüzlüyünün uşaqlarda fərqli əlamətlərlə özünü göstərə biləcəyini vurğulayıb:
“Qarın ağrısı, qaz, şişkinlik, ürəkbulanma və ishal kimi simptomlar süd və ya süd məhsulları istehlak edildikdən qısa müddət sonra baş verə bilər. Bu simptomlar bəzən digər həzm sistemi pozğunluqları ilə qarışdırıla biləcəyi üçün dəqiq qiymətləndirmə və mütəxəssis məsləhəti vacibdir.
Laktoza qarşı dözümsüzlük diaqnozu olmayan uşaqlarda süd məhsullarının tamamilə aradan qaldırılması kalsium və D vitamini çatışmazlığı kimi əhəmiyyətli problemlərə səbəb ola bilər. Ona görə də simptomlar görünəndə dərhal uşaq qastroenteroloquna müraciət edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir