Mingəçevir Dövlət Universitetində struktur bölmə rəhbərləri ilə geniş tərkibli görüş keçirilib

0
InShot_20260610_173515986

Mingəçevir Dövlət Universitetində (MDU) universitetin struktur bölmə rəhbərləri və bir qrup əməkdaşın iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüş zamanı universitetin cari fəaliyyət istiqamətləri, qarşıda duran prioritet vəzifələr, struktur bölmələrin iş planlarının icra vəziyyəti və nəticəyönümlü fəaliyyət prinsipləri ətrafında müzakirələr aparılıb. Eyni zamanda hesabatlılığın artırılması, idarəetmədə çevikliyin təmin olunması, effektiv kommunikasiya və komanda işinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə akademik və inzibati proseslərin daha sistemli təşkili, sənədləşmə mədəniyyətinin təkmilləşdirilməsi və tapşırıqların vaxtında icrası ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib. Həmçinin tələbəyönümlü yanaşmanın inkişaf etdirilməsi, əməkdaş məmnunluğunun artırılması, sağlam iş mühitinin formalaşdırılması və institusional məsuliyyətin gücləndirilməsi əsas prioritet istiqamətlər kimi qeyd olunub.

Görüş çərçivəsində rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mövcud resurslardan daha səmərəli istifadə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, universitetin inkişaf strategiyası yalnız sənədlərdə deyil, gündəlik fəaliyyətin bütün mərhələlərində öz əksini tapmalıdır. Qeyd olunub ki, hər bir struktur bölmənin və əməkdaşın məsuliyyətli fəaliyyəti MDU-nun inkişafına, akademik mühitinin möhkəmlənməsinə və institusional nüfuzunun yüksəlməsinə birbaşa təsir göstərir.

Sonda vurğulanıb ki, qarşıdakı dövrdə əsas məqsəd Mingəçevir Dövlət Universitetində şəffaf, təşəbbüskar, çevik və nəticəyönümlü idarəetmə modelini daha da gücləndirmək, universitetin davamlı inkişafını təmin etməkdir. Universitet rəhbərliyi bu hədəflərə çatmaq üçün bütün kollektivin birgə fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir