Mingəçevir şəhərində bıçaqlanma ilə nəticələnən hadisə baş verib.
Məlumata görə, insident şəhərin “Kənd qəbiristanlığı” kimi tanınan ərazisində qeydə alınıb.
Hadisə zamanı 20 yaşlı Mətləb Rzayev bud nahiyəsindən kəsici-deşici alətlə xəsarət alıb. Yaralı dərhal tibb müəssisəsinə çatdırılaraq həkim nəzarətinə götürülüb.
Baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.