Polşada ukraynalılara qarşı ksenofobiya halları kəskin artıb – Sibiqa

0
1782042824_indir_22

Polşada anti-Ukrayna əhval-ruhiyyəsi, ukraynalılara qarşı hücumlar və ksenofobiya halları kəskin şəkildə artıb.

“Ölkə.az” xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

Nazirin sözlərinə görə, rəhbərlik etdiyi quruma Polşada ukraynalılara qarşı çoxsaylı hücumlar, alçaldılma və uşaqlara qarşı bullinq faktları barədə məlumatlar daxil olur. O, Polşadakı ksenofobiya dalğasını sərt tənqid edib.

“Belə bir ksenofobiya təzahürünü digər ölkələrdə tapmaq çətindir”, — deyə A.Sibiqa vurğulayıb.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın sonunda Kiyev vilayətində Andrey Melnikin qalıqlarının yenidən dəfn olunması mərasimində iştirakından sonra gərginləşib. Bunun ardınca, iyunun 19-da Polşa Prezidenti Karol Navrotski V.Zelenskini ölkənin ali mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir