“Qarabağ” Bədavi ilə bağlı qərarını verdi

0
1782040680_bedavi-huseynov

“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

Ağdam təmsilçisinin mətbuat xidməti xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb.

Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov bu komandanın heyətində Premyer Liqada meydana çıxdığı 267 oyunda 5 qol vurub.

Qeyd edək ki, o, “Qarabağ”la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir