Azərbaycanda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü

0
1782323948_resize-3

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşüb.

Hadisə Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Toyota” markalı avtomobil sərt döngədə idarəetməni itirərək maşını 20 metr dərinlikdə olan dərəyə aşırıb. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda əraziyə polis əməkdaşları cəlb olunub, avtomobilin dərədən çıxarılması istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir