“Mançester Siti”nin baş məşqçisi açıqlandı
İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Entso Mareska olub.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, italiyalı mütəxəssislə müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. 46 yaşlı Mareska klubun 10 il baş məşqçisi olmuş ispaniyalı Pep Qvardiolanı əvəz edib.
Qeyd edək ki, Entso Mareska son olaraq “Çelsi”nin baş məşqçisi olub.