İqbal Ağazadənin teleqramını oğurladılar – Pul istəyirlər 

0
1782923942_iqbal-aazade

Ümid Partiyasının sədri İqbal Ağazadənin Teleqram nömrəsi oğurlanıb.

Bunu partiya sədri özü bildirib.

O qeyd edib ki, Telegram nömrəsi oğurlanıb:  “Kimə mesaj yazsa, cavab verməsin. Yazıb, “karta pul atın”, deyir”.

Partiya sədri kömək üçün Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə müraciət edib:

“Hörmətli Elşad Hacıyev,  5522099370138406 bu nömrəli kartın sahibi mənim teleqram nömrəmi oğurlayıb, adımdan kontaktımda olan şəxslərə mesaj yazıb pul istəyir. Xahiş edirəm, yardımçı olun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir