Samuxda yük avtomobili çaya aşdı – Sərhədçimiz öldü – YENİLƏNİB

0
1782925269_b7e7b07b6fda67fdfa7d018f31bfd6f4_1782028326.319c6ce4-7df7-3233-a3d1-f19907ae3411_1200-1

DSX-dən bildirilib ki, iyul ayının 1-də Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Nəzərov Vüsal Zabil oğlunun olduğu avtomobil sürüşərək çay yatağına düşüb:

“Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib”.

***

Samuxda “MAZ” çaya aşıb.

Hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan “MAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, “MAZ”da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir