Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏ: 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

0
1783867926_xest

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
Bu barədə TƏBİB məlumat yayıb.

“Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib”, – məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.

***

Gəncədə qidadan kütləvi zəhərlənmə baş verib.

Təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib.

Onlar arasında azyaşlılar da var.

İlkin olaraq xəstəxanaya aparılan şəxslər aşağıdakılardır:

Nuriyə Rüstəmova (1962)

Amin Teymurlu (1986)

İ. Məmmədov (2017)

Z. Hüseynova (2015)

U. İsyaev (2020)

Bənövşə  Əliyeva (1963)

Sevil Hüseynova (1987)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir