Məşhur polkovnik Çin avtomobili aldı, işə düşdü – TƏFƏRRÜAT

0
1783942599_screenshot-2026-07-13-153500

Məşhur polkovnik Çin avtomobili aldı, işə düşdü – TƏFƏRRÜAT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçmiş rəsmisi, polkovnik Vaqif Əsədov idarə etdiyi yeni avtomobili ilə bağlı ciddi problemlə üzləşib.

O, son vaxtlar ölkədə populyarlaşan Çin istehsalı olan “BYD” markalı avtomobil aldığını, lakin sonradan servis və ehtiyat hissəsi tapmaqda böyük çətinlik çəkdiyini etiraf edib.

Sabiq polis rəsmisi qarşılaşdığı vəziyyətdən çaşqınlıq içində olduğunu gizlətməyib:

“Bilmədim səhv etdim, yoxsa düz, amma BYD avtomobili aldım. Lakin indi ölkədə rəsmi servis xidməti olmadığından ehtiyat hissəsi tapa bilmirəm. Özüm də çaşıb qalmışam”.

Qeyd edək ki, son illərdə Azərbaycana gətirilən elektromobil və hibrid Çin avtomobillərinin sayı sürətlə artsa da, sürücülər tez-tez rəsmi servis şəbəkəsinin zəif olmasından və lazımi detalların tapılmamasından şikayətlənirlər. Görünür, bu problem hətta təcrübəli yol polisi polkovnikindən də yan keçməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir