Hindistan özəl orbital raketini orbitə çıxardı – İlk dəfə

0
1784396140_orbite

Hindistan özəl kosmik sənayesində tarixi uğura imza atıb.

“Skyroot Aerospace” şirkətinin hazırladığı “Vikram-1” raketi ilk sınaq uçuşunda uğurla orbitə çıxıb.

Bununla da “Vikram-1” Hindistanın özəl sektor tərəfindən hazırlanaraq orbitə çatdırılan ilk raketi olub.

Uçuş ölkənin Andra Pradeş ştatındakı Şriharikota kosmodromundan həyata keçirilib.

Təxminən 22 metr uzunluğunda olan raketin missiyanın bütün əsas mərhələlərinin uğurla başa çatdırdığı bildirilib.

Bu uğur Hindistanın kosmik sənayesində özəl şirkətlərin rolunun artdığını göstərən mühüm mərhələ kimi qiymətləndirilir.

Baş nazir Narendra Modi də Skyroot Aerospace komandasını tarixi nailiyyət münasibətilə təbrik edib.(

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir