Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

0
1784398830_screenshot_6

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

Bu barədə “Rakuv” klubu rəsmi səhifəsində paylaşım edib.

Klubun yaydığı məlumata görə, Mahir Emreli “Kayzerslautern”dən bir illik icarə əsasında heyətə cəlb edilib.

Rəsmi tanıtım videosunda diqqətçəkən məqam isə azərbaycanlı xanəndə Kənan Bayramlının ifasında “Bayatı-Şiraz” muğamına qulaq asmasıdır.

Xatırladaq ki, Mahir Emreli Azərbaycan milli komandasının heyətində 61 oyun keçirib. O, daha əvvəl Polşada “Legiya”nın da formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir