“Qalatasaray”da 4 futbolçu ilə yollar ayrılır

0
1784389219_1781543161_qalatasaray_a

Superliqa klublarından “Qalatasaray”da baş məşqçi Okan Burukun yeni mövsüm üçün planlarına daxil etmədiyi futbolçular müəyyənləşib.

 Viktor Nelsson, Elias Yelert, Halil Dervişoğlu və Metehan Baltacının adları Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.

İstanbul klubu sözügedən 4 futbolçu üçün lisenziya sifariş etməyib. Onların yaxın vaxtlarda komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, bu oyunçuların hamısı ötən mövsümü icarə əsasında fərqli klublarda keçirib və mövsüm başa çatdıqdan sonra “Qalatasaray”a qayıdıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir