Şəmkirdə iki kişi dalaşdı, qadın xəsarət aldı

0
1784361183_1744291033.dava-gedebeyde

Şəmkirdə mübahisə edən ərini ayırmağa çalışan qadın xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədə nalayiq ifadələr işlədib.

Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib və tərəflər arasında əlbəyaxa dava baş verib.

Nəticədə içkinin təsiri altında olan şəxs ərini davadan ayırmaq istəyən 21 yaşlı S.O.-ya kəsici alətlə xəsarət yetirib. Hadisəni rayon sakini 46 yaşlı A.İsmayılovun törətdiyi ehtimal olunur.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir