“Bu yaranı sağaltmaq asan olmayacaq” – Messidən duyğusal paylaşım

0
1784584615_messi

Futbol üzrə 2026-cı il dünya çempionatının dramatik finalında İspaniyaya uduzan Argentina millisinin kapitanı Lionel Messi şəxsi instaqram hesabında duyğusal paylaşım edib.

Efsanəvi hücumçu turnir boyu onlara dəstək olan hər kəsə təşəkkür edərək məğlubiyyətin acısını gizlətməyib:

“Ağrı çox güclüdür və bu yaranı sağaltmaq mənə asan olmayacaq. Lakin bununla yanaşı, yaddaşımda bütün gözəl məqamları da saxlayacağam. Meydanda bütün gücümüzü qoyaraq inanılmaz geri dönüşlər etdiyimiz o matçlar həmişəlik xatirəmdə qalacaq. Bütün ölkənin dəstəyi, həmçinin bu komandanın əməyi və fədakarlığı bizə yenidən dünyanın ən yaxşı millilərindən biri olmağa kömək etdi”.

Xatırladaq ki, DÇ-2026-nın həlledici final görüşündə İspaniya yığması Argentinanı əlavə vaxtda vurulan tək qolla 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Qeyd edək ki, finaldakı ağır məğlubiyyətdən sarsılan Messinin matçdan sonra komanda ilə birlikdə Argentinaya uçmaqdan imtina etdiyi barədə də xəbərlər yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir