Mingəçevirdə Milli Mətbuat Gününə həsr olunmuş görüş keçirilib

0
InShot_20260721_222403144

Mingəçevir Gənclər Evi və Mingəçevir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mingəçevir Heydər Əliyev Mərkəzində 22 İyul – Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələri ilə görüş keçirilib.


Tədbirin məqsədi milli mətbuatımızın keçdiyi inkişaf yolunu, cəmiyyətin maariflənməsində və düzgün informasiya mühitinin formalaşmasında mətbuatın rolunu gənclərə çatdırmaq, media nümayəndələrinin fəaliyyətini təbliğ etmək olub.


Əvvəlcə Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən stendlərə baxış keçirlib.
Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.


Tədbiri giriş sözü ilə Mingəçevir Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov açaraq qonaqları salamlayıb, Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib və Azərbaycan mətbuatının cəmiyyətin inkişafındakı mühüm rolundan danışıb.


Daha sonra Mingəçevir Gənclər Evinin əməkdaşı Ləman Bəylərova, Mingəçevir Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Kazımova, politoloq və jurnalist İnqilab Şirinli, eləcə də Yusif Ələkbərov çıxış edərək milli mətbuatımızın tarixi inkişaf yolu, jurnalist peşəsinin məsuliyyəti, obyektiv informasiyanın əhəmiyyəti və medianın cəmiyyətin maariflənməsindəki rolundan bəhs ediblər.


Çıxışlarda gənclərin media savadlılığının artırılmasının vacibliyi vurğulanıb, mətbuat nümayəndələrinin cəmiyyətə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Sonda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və mətbuat nümayəndələri 22 İyul – Milli Mətbuat Günü münasibətilə bir daha təbrik olunublar.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir