Mingəçevirdə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş tədbir keçirilib

0
InShot_20260721_102156043

Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev çıxış edərək jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlarda medianın cəmiyyətin maarifləndirilməsində, dövlətçilik dəyərlərinin təbliğində, ictimai rəyin formalaşdırılmasında və vətəndaşların operativ, düzgün məlumatlandırılmasında mühüm rol oynadığı vurğulanıb.

Tədbirdə Mingəçevir şəhərindən olan jurnalistlər Esmira Hidayətova, Fərman Nəbiyev, Yeganə Nəbiyeva, Mirsədi Daşdəmirov, Mətanət Məmmədova, İxtiyar Həsənli və İnqilab Şirinbəyli iştirak ediblər.
Sonda jurnalistlərlə səmimi fikir mübadiləsi aparılıb, xatirə şəkilləri çəkdirilib.

LiderMedia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir