Böyük xeyriyyəçi və vətənpərvər iş adamı Hacı Vüsal Əlibəylinin doğum günüdür
Bu gün böyük xeyriyyəçi, vətənpərvər iş adamı, xeyirxahlığı və insanlara sonsuz sevgisi ilə minlərlə, bəlkə də milyonlarla insanın qəlbində özünə xüsusi yer qazanan Hacı Vüsal Əlibəylinin doğum günüdür.
Bu əlamətdar gün münasibətilə Hacı Vüsal Əlibəylini səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, bol ruzi-bərəkət və həyata keçirdiyi bütün xeyirxah işlərdə yeni uğurlar arzulayırıq.
Qeyd edək ki, Vüsal Əlibəyli əsasən Mingəçevir şəhərində və ətraf bölgələrdə fəaliyyət göstərən tanınmış iş adamı və xeyriyyəçidir. O, illərdir yerli əhaliyə göstərdiyi diqqət və qayğı, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə, media nümayəndələrinə və ehtiyacı olan insanlara göstərdiyi davamlı maddi və mənəvi dəstəyi ilə böyük rəğbət qazanıb.
44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Hacı Vüsal Əlibəyli əsl vətəndaş mövqeyi nümayiş etdirərək şəhid ailələrinin, qazilərimizin və cəbhədə döyüşən qəhrəmanlarımızın ailələrinin yanında olub. O, müharibə dövründə və sonrakı illərdə onların sosial problemləri ilə yaxından maraqlanıb, ərzaq yardımları, məktəbli ləvazimatları, ehsan süfrələri və müxtəlif sosial dəstək layihələri həyata keçirib.
Onun rəhbərlik etdiyi Mingəçevir şəhərində yerləşən Xarıbülbül Şadlıq Sarayı dəfələrlə şəhid ailələrinin və qazilərimizin istifadəsinə təmənnasız təqdim olunub. Şəhid övladlarının, qazilərimizin və onların ailələrinin toy və digər sevincli günlərini heç bir ödəniş olmadan burada keçirmələrinə şərait yaradılması cəmiyyətdə yüksək qiymətləndirilən xeyirxah addımlardan biridir.
Hacı Vüsal Əlibəyli vətənpərvərlik ruhunun yaşadılması istiqamətində də mühüm təşəbbüsləri ilə seçilib. O, Azərbaycanın tarixi Zəfərini əks etdirən “Dəmir Yumruq” eksponatını Mingəçevir Heydər Əliyev Mərkəzinə hədiyyə edərək gələcək nəsillərdə vətənpərvərlik ruhunun daha da güclənməsinə öz töhfəsini verib.
Xeyriyyəçiliyi həyat amalına çevirən Hacı Vüsal Əlibəyli ehtiyacı olan insanların müalicəsinə, dərman təminatına, müxtəlif yardım kampaniyalarına və digər sosial layihələrə verdiyi dəstəklə də daim insanların yanında olub. Onun gördüyü işlər göstərir ki, əsl böyüklük təkcə qazandıqlarınla deyil, paylaşdıqlarınla ölçülür.
Hörmətli Hacı Vüsal Əlibəyli!
Doğum gününüz mübarək olsun! Uca Allah Sizi və ailənizi qorusun, sağlamlığınızı, gücünüzü və xeyirxah əməllərinizi daim artırsın. Allah Sizi bəd nəzərlərdən hifz etsin, xalqımıza və doğma Azərbaycanımıza çox görməsin. Xeyirxahlığınızın bəhrəsini hər zaman görəsiniz.
Dualarımız və xoş arzularımız hər zaman Sizinlədir.
Esmira Hidayətova, Mingəçevir