Avrasiyanın yeni geosiyasi xəritəsi: Bakı–Xəzər–Mərkəzi Asiya xətti

0
1785584462_whatsapp-image-2026-08-01-at-15.16.21

“Prezident İlham Əliyevin Qırğızıstanda Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakı faktiki olaraq Avrasiyanın yeni geosiyasi xəritəsinin formalaşdırılması istiqamətində atılan növbəti strateji addımdır. Hazırkı qlobal böhranlar, beynəlxalq münasibətlər sistemində dərin parçalanma, nəqliyyat və enerji marşrutları uğrunda artan rəqabət fonunda Çolpon-Atada verilən mesajlar xüsusi siyasi məna daşıyır”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, bu görüş göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqaz dövləti kimi deyil, eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid geosiyasi və geoiqtisadi məkan halında birləşdirən əsas strateji platformaya çevrilib. “Azərbaycan iki region arasında körpü deyil, vahid strateji məkan yaradan dövlətdir”, – o vurğulayıb.

M.Məmmədli əlavə edib ki, uzun illər Xəzər dənizi regionları ayıran coğrafi sərhəd kimi qiymətləndirilirdi: “Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində isə Xəzər artıq ayrıcı xətti deyil, inteqrasiyanın mərkəzi rolunu oynayır. Bu gün Bakı Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı, Türk dünyası ilə qlobal bazarları birləşdirən əsas tranzit və siyasi platformaya çevrilib.

Azərbaycanın təşəbbüsü ilə formalaşan nəqliyyat və enerji dəhlizləri, Xəzər üzərindən qurulan yeni logistika sistemi, Orta Dəhlizin sürətlə inkişafı Avrasiyada tamamilə yeni geoiqtisadi reallıq yaradıb. Əslində, Çolpon-Ata görüşü bu reallığın siyasi təsdiqi idi”.
Deputat bildirib ki, Azərbaycanaın Mərkəzi Asiya dövlət başçıları foramtında tamhüquqlu üzvü kimi iştirakı yeni geosiyasi mərkəz formalaşmasının göstəricisidir.
“Çünki dünya köhnə təhlükəsizlik modelini sürətlə itirir. Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, Qırmızı dənizdə və Hörmüz boğazında yaranan risklər qlobal logistikanı ciddi şəkildə dəyişdirir. Belə bir şəraitdə Mərkəzi Asiya ilə Cənubi Qafqazın inteqrasiyası artıq seçim deyil, geosiyasi zərurətə çevrilib. Bu inteqrasiyanın mərkəzində isə Azərbaycan dayanır. Məhz Bakı Avropa ilə Mərkəzi Asiya arasında siyasi dialoqu, iqtisadi əməkdaşlığı, enerji təhlükəsizliyini və nəqliyyat bağlantılarını eyni platformada birləşdirə bilir.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan etibarlı tərəfdaş, sabitlik adası və müxtəlif regionları birləşdirən məsuliyyətli dövlət kimi çıxış edir”.

M. Məmmədli qeyd edib ki, bununla da Azərbaycan Avrasiyanın təhlükəsizlik arxitekturasına töhfə verir:

579482
“Son illər beynəlxalq ekspertlər və xarici siyasi dairələr Azərbaycana münasibətdə eyni fikri səsləndirirlər. Azərbaycan etibarlı enerji təchizatçısıdır; təhlükəsiz tranzit ölkəsidir; Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas iştirakçısıdır; Türk dünyasının inteqrasiyasında aparıcı aktordur; müxtəlif geosiyasi mərkəzlər arasında etimad yarada bilən nadir dövlətlərdən biridir.
Bir çox beynəlxalq ekspertlər Bakını “Avrasiyanın strateji qovşağı”, “Orta Dəhlizin ürəyi”, “Xəzərin geosiyasi lideri” kimi xarakterizə edirlər. Son illərdə Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya ölkələri və digər beynəlxalq tərəfdaşların açıqlamalarında Azərbaycanın artan strateji rolunun xüsusi vurğulanması da bunun təsdiqidir.
Çolpon-Ata görüşü bir daha göstərdi ki, Avrasiyanın gələcəyi qarşıdurmalar üzərində deyil, qarşılıqlı bağlantılar, iqtisadi inteqrasiya və etibarlı tərəfdaşlıq üzərində qurulur. Azərbaycan isə bu prosesin mərkəzində dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində ölkəmiz artıq yalnız Cənubi Qafqazın lider dövlətlərindən biri deyil. Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqazı vahid strateji məkana çevirən, Şərqlə Qərb arasında yeni geoiqtisadi körpü yaradan və Avrasiyada sülhə, təhlükəsizliyə, sabitliyə və uzunmüddətli əməkdaşlığa real töhfə verən aparıcı geosiyasi gücə çevrilib.

Məhz buna görə də Çolpon-Atada keçirilən qeyri-rəsmi Zirvə görüşü təkcə dövlət başçılarının növbəti toplantısı deyil, yeni Avrasiya geosiyasətinin formalaşmasının siyasi manifesti kimi qiymətləndirilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir