Gizlicə ikinci telefon işlədən qadının başına görün nə gəldi

0
1785587567_resize

Bakıda kişi gizli ikinci telefon işlədən arvadını döyüb.

Hadisə Suraxanı rayonu, Binə qəsəbəsində, Sovxoz adlanan ərazidə qeydə alınıb.

42 yaşlı Səməd Muxtarov (şərti adla) yaşadıqları evdə arvadının gizli ikinci telefon işlətdiyini öyrənib. Səməd buna irad bildirəndə qadın telefonun rəfiqəsinə məxsus olduğunu deyərək, ərini aldadıb. Bu səbəbdən cütlü arasında yaranan mübahisə zamanı kişi yumruqla arvadının göz və bədəninin digər nahiyələrinə vuraraq, xəsarətlər yetirib. pizza hut

Faktla bağlı Səməd Muxtarov polis tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Səməd Muxtarov məsuliyyətdən azad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir