Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

0
1785590939_ekran-sekli-2026-08-01-172806

Azərbaycan təmsilçiləri İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Avropa ikincisi olublar.  Azərbaycan Su İdman Növləri Federasiyası xəbər verir ki, Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıblar.

Qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda ölkəni iki idmançı təmsil edib.

Xatırladaq ki, Z.Məmmədzadə və N.Paşayev Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir