Corcio Armani haqda serial çəkilir
Məşhur italyan modelyer Corcio Armaninin həyatından bəhs edən serial hazırlanır.
Bu barədə “Variety” nəşri məlumat yayıb.
Adı açıqlanmayan layihənin istehsalını İtaliyanın “Lux Vide” şirkəti “Armani” moda evi ilə birgə həyata keçirəcək. Ekran işinin rejissoru Ferzan Özpetek olacaq.
“Armani” brendi yaradıcı heyətə modelyerin arxivlərinə, şəxsi əşyalarına və onunla bağlı məkanlara çıxış imkanı verəcək.