Kreml: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
Avropa dövlətləri Rusiya ilə müharibəyə hazırlaşır və bunu gizlətmirlər.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Almaniya və Fransa arasında planlaşdırılan birgə təlimləri şərh edərkən deyib.
“Avropalılar Rusiya ilə müharibəyə hazırlaşırlar və bunu gizlətmirlər. Onlar bunu açıq şəkildə bildirirlər”, – o qeyd edib.
Bundan əvvəl Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski Avropa ilə Rusiya arasında münaqişənin 2030-cu ildən əvvəl başlaya biləcəyini bildirib. O qeyd edib ki, Avropa ölkələri hazırda Rusiyanın iddia edilən təcavüzündən bəhanə kimi istifadə edərək qəsdən müharibəyə hazırlaşırlar.
Onu da xatırladaq ki, Avropa ölkələri, hətta NATO baş katii belə Rusiyanın yaxın illərdə Avropaya hücum edəcəyi barədə fikirlər səsləndirirlər.