İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

0
1786253416_1786230514585731513_1200x630

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb.

Bu barədə İtaliya Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, son illərin ən vacib sualtı arxeoloji kəşflərindən biridir: “Mazara del Vallo kommunası yaxınlığında baş verən gəmi qəzası bizə Aralıq dənizini sivilizasiyaların kəsişməsinə çevirən insanlar, marşrutlar və mübadilələr haqqında məlumat verir. Tədqiqatlar həmin dövrün tarixini açmağa və cəmiyyətə çatdırmağa davam edəcək”.

Yüzlərlə amfora (səhəngəbənzər saxsı qab) daşıyan gəmi iki qurğuşun lövbər və eyni materialdan hazırlanmış başqa bir konstruksiya ilə birlikdə 46 metr dərinlikdə tapılıb. Alimlərin fikrincə, tapıntılar eramızdan əvvəl II-I əsrlərə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir