İtkin düşmüş alpinistlərin çadırı tapıldı

0
1786272643_vtjlitoue00wjtjlfsaepzg4gc0h9yf8q6wdttxk_1200

Xilasedicilər Qırğızıstan dağlarında itkin düşən alpinistlər qrupunun çadırını tapıblar, lakin içəridə kimsə olmayıb. Axtarışlar davam edir.

İtkin düşənlər arasında iki Belarus və bir Litva vətəndaşı var.

“Avqustun 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri axtarış aparıb və 5 min metr hündürlükdə gecələyiblər. Bu gün axtarış əməliyyatına xüsusi texnika ilə 5 xilasedici, Sərhəd Xidmətinin 5 əməkdaşı və İsveçrə vətəndaşı olan iki könüllü bələdçi cəlb edilib”, – Qırğızıstan FHN-in məlumatında bildirilir.

Üç alpinist 6613,5 metr hündürlüyündə olan Qurumdı (Qorumdu) zirvəsinə qalxdıqdan sonra onlarla əlaqə kəsilib. Məlumata görə, onlarla əlaqə Pamir-Alay və Zaalay silsiləsi massivindəki Şimal yalı ilə zirvəyə qalxdıqdan sonra kəsilib.

Avqustun 4-də onlar zirvəyə qalxaraq operatorla əlaqə saxlayıblar və baza düşərgəsinə enişə başlamağa hazır olduqlarını bildiriblər. Lakin təyin olunmuş vaxtda qrup nəzarət nöqtəsinə gəlməyib, bundan sonra onlarla əlaqə itib.

Belarus Alpinizm və Qayayadırmanma Federasiyası bundan əvvəl qrupun axtarışına kömək etmək xahişi ilə Qırğızıstandakı həmkarlarına müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir