Kurumdy zirvəsinə qalxan alpinistlər yoxa çıxdılar

0
1786209640_kurumdi_zirvesi

Qırğızıstanda aralarında iki belaruslunun da olduğu itkin düşmüş alpinist qrupu axtarılır.

Bu barədə “BelTA” agentliyi Belarus Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Qurumdan bildiriblər ki, qrupda cəmi üç nəfər var. Onlar Kurumdy zirvəsinə qalxdıqdan sonra əlaqə saxlamayıblar. Xilasedicilər artıq axtarış işlərinə başlayıblar.

XİN əlavə edib ki, itkin düşmüş belarusların qohumları və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir