“Qalatasaray” rusiyalı futbolçunun transferini 25 milyona bitirir

0
1786269197_alek

Türkiyə təmsilçisi “Qalatasaray” Rusiyanın “Lokomotiv” klubunun üzvü Aleksey Batrakovun transferi ilə bağlı bütün şərtlərdə razılığa gəlib.

Bu barədə “X” sosial şəbəkəsində 13 minə yaxın izləyicisi olan jurnalist Ur Öztürk məlumat yayıb.

Mənbənin sözlərinə görə, 21 yaşlı rusiyalı yarımmüdafiəçinin İstanbul təmsilçisinə transferi yekun mərhələdədir. “Qalatasaray”ın transfer üçün bonuslarla birlikdə 25 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Batrakov ötən mövsüm Rusiya Premyer Liqasında 28 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir