Suriya Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı qərar verdi
Rusiya və Suriya Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı anlaşma memorandumu imzalayıb.
Bu barədə Suriya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Nazirlik bildirib ki, tərəflər 1,5 il davam edən danışıqlardan sonra Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı razılığa gəliblər.
“Bu sənəd Rusiya ilə Suriya arasında münasibətlərdə yeni səhifə açmağa imkan verəcək”, – deyə Suriya XİN-dən bildirilib.
Nazirlik əlavə edib ki, Rusiya hərbi bazaları birgə hərbi hazırlıq mərkəzləri kimi fəaliyyət göstərəcək.