Türkiyə şirkəti Ukraynanı Beynəlxalq Cinayət Məhkəməsinə verir
Bu barədə “HaberDenizde” xəbər portalı məlumat yayıb.
Əvvəlki məlumatlara görə, Rusiyanın Taman limanından Trabzona kömür daşıyan Türkiyənin “MV Reyhan Sari” quru yük gəmisi iyulun 22-də Qara dənizdə PUA hücumuna məruz qalıb. Hadisə nəticəsində gəmi heyətinin bir üzvü həlak olub, daha iki nəfər isə xəsarət alıb.
“HaberDenizde”nin məlumatına əsasən, iddia gəminin sahibi olan “T ve O Denizcilik” şirkəti və 15 heyət üzvü tərəfindən qaldırılacaq. Vəkillərə təqdim olunan müraciətdə qeyd edilir ki, ticarət gəmiləri beynəlxalq hüquqla mühafizə olunur və hərbi hədəf sayıla bilməz. Sənəddə həmçinin Ukraynanın Türkiyə gəmisinə qəsdən hücum etdiyi və bunun insanlıq əleyhinə cinayət təşkil etdiyi vurğulanır.