NASA amerikalı astronavtların Aya enişinə hazırlaşır

0
1786771532_jvfb3worxvv8b6zf8ogtdsbh0a2dizjbtd4prj1l_1200

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsi (NASA) “Artemis” (Artemida) Ay proqramını sürətləndirib.

Bu barədə NASAaY rəhbəri Cared Ayzekman bildirib.

“Biz “Artemis” proqramını sürətləndiririk. Əslində, “Artemis 3″ missiyası üçün raket hazırda şaquli montaj binasında inşa olunur. Bu uçuşdan sonra 2028-ci ildə amerikalı astronavtları Ay səthinə qaytaracağıq”, – o, Florida ştatındakı Kanaveral burnunda keçirilən tədbirdə bildirib.

Qeyd edək ki, mayın sonlarında “Artemis 3” missiyasında iştirak etməsi planlaşdırılan “Blue Origin” şirkətinin “New Glenn” buraxılış raketi Kanaveral burnunda keçirilən sınaq zamanı partlayıb. Şirkət 2027-ci ildə NASA-ya yeni raket verəcəyini açıqlayıb.

“Artemis 3” heyətinin SLS raket daşıyıcısı ilə aşağı Yer orbitinə çıxarılacaq “Orion” kosmik gəmisində olacağı gözlənilir.

Bundan sonra “Orion” “Blue Origin” aparatı, daha sonra isə “SpaceX”in “Starship” gəmisi ilə birləşəcək və ayrılacaq. Missiyadan sonra heyət Yerə qayıdacaq və Sakit Okeana eniş edəcək.

Missiya iki həftə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir