Putinin növbəti hədəfi Almaniyadır: Sabiq MKİ şefindən XƏBƏRDARLIQ

0
1787060043_0cc2554c-978f-4c08-bf11-b676c8d84365

“Moskva Avropa üçün getdikcə daha ciddi bir təhlükəyə çevrilir: Leypsiq hava limanında PUA-ların peyda olması, Polşada Rusiya raketinin vurulması, Rumıniyada pilotsuz təyyarənin qəzaya uğraması və Baltik hava məkanının dəfələrlə pozulması artıq bunun göstəricisidir”.

Bunu ABŞ-nin keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Leon Panetta deyib.

Onun sözlərinə görə, bütn bunlar Vladimir Putinin Avropanın müdafiə qabiliyyətlərini sistematik şəkildə sınaqdan keçirdiyinə dair həyəcanverici əlamətlərdir.

L.Panetta hətta “Bild”ə müsahibəsində Rusiyanın Almaniya torpağında hərbi əməliyyatlar keçirməsi ehtimalını da istisna etməyib. O vurğulayıb ki, Moskva ilk növbədə Qərbin qarşılıqlı müdafiə öhdəliklərinə necə əməl edib-etmədiyini yoxlamaq istəyir.

Sabiq MKİ rəhbəri Putinin aqressivliyinin iki səbəbinin olduğunu bildirib: “Kreml lideri Ukraynadakı müharibə ilə bağlı böyük təzyiq altındadır.  Bu səbəbdən də Putin ABŞ Prezidenti Donald Trampla onun NATO-kı avropalı tərəfdaşları arasındakı gərginlikdən faydalanaraq diqqəti yayındırmaq üçün yeni cəbhələr axtarmağa sövq edə bilər”, – o qeyd edib.

Keçmiş MKİ rəhbəri xəbərdarlıq edib ki, Putin zəifliyə reaksiya verir: “Əgər NATO və ABŞ-da zəiflik hiss edərsə, təxribatlara əl atıb zərbələr endirəcək”.

O, həmçinin Ukraynadakı müharibə ilə bağlı Vaşinqtonu sərt tənqid edərək, Trampı “ikiüzlü” hərəkət etməkdə qınayıb.
“ABŞ indi Ukraynanı silah, hava hücumundan müdafiə sistemləri və lazımi dəstəyi təmin etmək üçün əlindən gələni etməlidir”, – Panetta vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir