Sentyabrda bütün avtomobil sahiblərinə məktub göndəriləcək
Şirkətin problemin aradan qaldırılması üçün həll üzərində çalışdığı, təsirə məruz qalan Tesla sahiblərinə sentyabrın ortalarından etibarən məlumat məktublarının göndəriləcəyi bildirilir.
Toyota da 508 mindən çox Camry Hybrid avtomobilini geri çağırır. 2025 və 2026-cı il modellərində proqram təminatı ilə bağlı nasazlıq nəticəsində göstərici panelində bəzi vacib məlumatların itməsi mümkündür. Bu zaman dönmə siqnalları, qəza işıqları, təhlükəsizlik kəməri xəbərdarlığı və smart açar sistemi ilə bağlı bildirişlər işləməyə bilər.
Toyota-nın geri çağırılan avtomobillərində proqram təminatının yenilənməsi rəsmi servis mərkəzlərində ödənişsiz həyata keçiriləcək. Sahiblərə sentyabr ayında problemin həlli və servisə müraciət qaydaları barədə məlumat veriləcəyi qeyd olunur.