Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür? – Müəmma
Bəs, həqiqətənmi avqust ayında havanın isti və bürkülü keçməsi, yüksək temperatur və güclü günəş şüalanması yol qəzalarının artmasına təsir edə bilər?
Globalinfo.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb. O deyib ki, burada havaların və ya yağışlı şəraitin rolunu əsas səbəb kimi göstərmək düzgün deyil:
“Qəzaların baş verməsinin əsas səbəblərindən birincisi yol hərəkəti iştirakçılarının bilərəkdən qaydaları pozmasıdır. Bilirsiniz, fikir formalaşa bilər, amma burada statistik göstəricilər əsas götürülməlidir. Biz işimizi şayiə və ehtimallar əsasında deyil, konkret statistik məlumatlar əsasında qurmalıyıq.
Rəsmi dövlət qurumları bununla bağlı hər hansı açıqlama verməyib Məsələn, bildirilibmi ki, qəzalar daha çox avqust ayında baş verir və bunun əsas səbəbi havanın isti olmasıdır? Belə açıqlamalar yoxdursa, biz də bunu əsas götürə bilmərik. Əgər belə rəsmi məlumatlar olsaydı, buna uyğun şərhimizi verərdik. Deyilənlər sadəcə, bir ehtimaldır”.
Ekspertin fikrincə, qəzalara səbəb sürücülərin səhlənkarlığıdır:
“Mənim düşüncəmə görə, baş verən qəzaların əsas səbəbi iqlimdən və mövsümdən asılı olmayaraq, yol hərəkəti iştirakçılarının qaydaları bilərəkdən pozmasıdır. Təəssüf ki, sürücülərimizin bir qismi, eləcə də piyadaların böyük əksəriyyəti yol hərəkəti qaydalarını bilmir, yolda necə davranmalı olduqlarını düzgün anlamırlar. Nəticədə də bu cür qəzalar baş verir”.