İstidə gündə neçə dondurma yemək olar?
Fransalı dietoloq Raphaël Gruman sağlam böyüklər üçün qaymaq əsaslı dondurmadan bir dəfəyə 2 topdan çox yeməməyi və bunu həftədə 1-2 dəfə ilə məhdudlaşdırmağı məsləhət görür.
Sorbetlər daha az kalorili olsa da, şəkər miqdarı yüksəkdir. Buna görə gündə 2 topdan çox olmamaq şərtilə həftədə 3-4 dəfə qəbul edilə bilər. Su əsaslı dondurmaların isə həftədə 2-3 dəfədən çox yeyilməsi məsləhət görülmür.
Mütəxəssis isti havalarda alternativ olaraq qarpız, yemiş və giləmeyvələri dondurub blenderdən keçirməyi təklif edir. Bu, əlavə şəkər və yağ olmadan sərin desert əldə etməyə imkan verir.
Mütəxəssislər həmçinin xatırladır ki, dondurma susuzluğu aradan qaldırmır. İsti havalarda əsas içki su olmalıdır.